Kellini “Yuventus”dan gedir
12 may 2022 16:43 (UTC +04:00)

Kellini “Yuventus”dan gedir

Corcio Kellini mövsümün sonunda Turinin "Yuventus" klubunu tərk edəcək. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə müdafiəçinin özü məlumat verib. Əfsanəvi futbolçunun sözlərinə görə, o, yerini gənc futbolçulara vermək istəyir.

"Bir çox gənc oyunçuya yol açıram. Növbəti mövsüm komandada olmayacam. Mayın 16-da stadionumla vidalaşacağam və "Fiorentinoyt" ilə səfər oyunu "Yuventus"la sonuncu olacaq.

Mən həmişə bu komandanın ən böyük azarkeşi olacağam, Juve həmişə ürəyimdə olacaq”, - Kellini klubun “Twitter” səhifəsində yazıb.

Xatırladaq ki, Kellini “Livorno”nun yetirməsidir və “Yuventus”a 2005-ci ildə “Fiorentina”dan keçib. O vaxtdan bəri o, turinlilərin heyətində 559 oyun keçirib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib.

O, “Yventus” ilə birlikdə 9 dəfə İtaliya çempionluğunu, 5 dəfə İtaliya kubokunu və İtaliya Superkubokunu qazanıb, həmçinin B Seriyasının qalibi olub.


 

# 1254
avatar

Oxşar yazılar