Kamerun və Serbiya oyununda  6 qol vuruldu
28 noyabr 2022 16:13 (UTC +04:00)

Kamerun və Serbiya oyununda 6 qol vuruldu

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin G qrupunun ikinci turu çərçivəsində Kamerun və Serbiya milliləri heç-heçə edib. 

Lent.az xəbər verir ki, El Vakradakı “El Canub” stadionunda keçirilən görüş 3:3 hesabı ilə başa çatıb.

Künc zərbəsindən sonra hesabı kamerunlu futbolçular açıb. Topu kamerunlu müdafiəçi Jan-Şarl Kasteletto qapıya göndərib. Bu top Kamerun komandası üçün bu dünya çempionatında ilk olub.

Birinci hissənin əlavə olunan vaxtında serbiyalı müdafiəçi Strahinja Pavlovic cərimə zərbəsindən ötürmə ilə hesabı bərabərləşdirib. İki dəqiqə sonra Sergey Milinokoviç-Saviç cərimə meydançasının kənarından dəqiq zərbə ilə komandasını hesabda irəli çıxarıb.

İkinci hissədə Aleksandr Mitroviçin 53-cü dəqiqədə vurduğu qol serblərin üstünlüyünü gücləndirib. Mitroviç üçün bu qol millidəki karyerasında 51-ci olub.

63-cü dəqiqədə Serbiya yığmasının qapıçısı ilə təkbətək  qalan Kamerun millisinin hücumçusu hesab arasındakı fərqi birə matdırıb. Üç dəqiqə sonra Şupo-Motinq görüşdə hesabı bərabərləşdirib.

Serbiya və Kamerun milliləri hərəyə bir xal toplayıb, G qrupunda bazar ertəsi də üz-üzə gələcək braziliyalılar və isveçrəlilər liderdir.

Dekabrın 2-də Kamerun millisi Braziliya yığması ilə, Serbiya isə isveçrəlilərlə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

# 1530
avatar

Oxşar yazılar