İngiltərədə futbolçulara mühafizəçi tutulacaq - TƏKLİF
11 mart 2021 19:12 (UTC +04:00)

İngiltərədə futbolçulara mühafizəçi tutulacaq - TƏKLİF

İngiltərənin “Everton” klubu bütün futbolçularına mühafizəçi tutacaq.

Apasport.az saytının məlumatına görə, Liverpul təmsilçisi qapıçı Robin Olsenin evi silahlı qarətçilərin girməsindən sonra belə addım atmağa qərar verib.

Komandanın üzvlərinə mühafizəçilərin xidməti təklif olunacaq. Həmçinin futbolçulara silahlı qarət zamanı necə davranmaq barədə xüsusi mühazirə təşkil edilib.

“Everton” təkcə öz oyunçularının təhlükəsizliyi ilə kifayətlənməyib. Klub rəhbərliyi futbolçuları yaxın ərazidə yaşayan “Liverpul”, “Mançester Yunayted” və “Mançester Siti”yə də mümkün təhlükə barədə xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1356
avatar

Oxşar yazılar