İngiltərə yığması rekorda imza atdı
13 sentyabr 2023 06:22 (UTC +04:00)

İngiltərə yığması rekorda imza atdı

İngiltərə yığması yoldaşlıq görüşündə Şotlandiya millisini məğlub edib.

Lent.az xəbər verir ki, görüş 3:1 hesabı ilə başa çatıb. 

Bununla da İngiltərə yığması 600 qələbə ilə Avropa milli komandaları arasında rekorda imza atıb.

Oyunda qolları "Mançester Siti"nin müdafiəçisi Kayl Uoker, "Real"ın futbolçusu Cud Bellinqhem və "Bavariya"dan Harri Keyn  vurub. “Mançester Yunayted”in şərəfini qoruyan ingilis futbolçu Harri Maquayr topu öz qapısına vurub.

Xatırladaq ki, sentyabrın 9-da Avro-2024-ün seçmə mərhələsi çərçivəsində İngiltərə Ukrayna ilə heç-heçə oynayıb. Komandalar görüşü 1:1 hesabı ilə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3850

Oxşar yazılar