İbrahimoviç bu şirkətdə  vəzifə   ala bilər
17 may 2022 16:58 (UTC +04:00)

İbrahimoviç bu şirkətdə vəzifə ala bilər

Zlatan İbrahimoviç gələcək karyerası ilə bağlı seçim edəcək.

Apasport.az saytının məlumatına görə, 40 yaşlı isveçli hücumçu qərarını yaxın günlər ərzində verəcək.

Veteran futbolçu iki variant arasında seçim etməlidir. Zlatan şərəfini qoruduğu “Milan”la müqaviləsini daha bir il müddətinə uzadaraq futbolçu karyerasına davam edə bilər. Digər variant isə mərhum Mino Rayolanın agentlər qrupuna daxil olmaqdan ibarətdir. İbrahimoviç bu şirkətdə vəzifə ala bilər.

Qeyd edək ki, skandinaviyalı 2020-ci ilin yanvarından “Milan”ın formasını geyinir.

# 2052
avatar

Oxşar yazılar