Lyuis Hamilton
22 may 2021 03:20 (UTC +04:00)

Lyuis Hamilton

Hamilton “Formula 1”i milyarder balalarının klubu adlandırdı

“Mercedes”in ingiltərəli sürücüsü Lyuis Hamilton “Formula 1”i milyarderlərin oğullarının klubu adlandırıb.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, onun fikrincə, “Formula-1” milyarderlərin oğullarının klubu olub: “Bu gün bir fəhlə sinfinin nümayəndəsi kimi yarışa başlasaydım, bu mümkün olmazdı, çünki digər uşaqlarda daha çox pul var”.

Britaniyalı sürücü bu yarışın daha əlçatan olmasını istədiyini söyləyib.

Hazırda “Formula-1”də 3 milyarder oğlu çıxış edir: rusiyalı Nikita Mazepin (Haas), eləcə də kanadalılar Lens Stroll (Aston Martin) və Nikolas Latifi (Williams).

Bu mövsüm onlardan yalnız Stroll şəxsi hesabına xal yazdırıb, o, 5 balla 20 yarışçı arasında 11-cıdır. Latifi və Mazepin reytinqdə sonuncudurlar. 

Hamilton yeddiqat “Formula-1” çempionudur. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar