Haaland Mbappeni geridə qoydu
29 noyabr 2023 09:45 (UTC +04:00)

Haaland Mbappeni geridə qoydu

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Çempionlar Liqasında iki yeni rekorda imza atıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun matçında Haalandın qolu komandasına “RB Leypsiq”i məğlub edib.

Beləliklə, Haaland Çempionlar Liqasında hamıdan tez 40 qol vurub. Bunun üçün ona 35 matç lazım idi.

Haaland PSJ-nin hücumçusu Kilian Mbappenin də rekordunu qıraraq Çempionlar Liqasında 40 qol vuran ən gənc futbolçu olub (23 yaş, 130 gün).

Haaland 2022-ci ildən “Mançester Siti”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədərdir. Bu mövsüm o, bütün turnirlərdə 20 matçda iştirak edib, 19 qol və 4 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3561
avatar

Oxşar yazılar