Haaland 92 illik rekordu YENİLƏDİ
11 oktyabr 2024 16:18 (UTC +04:00)

Haaland 92 illik rekordu YENİLƏDİ

0

Norveç millisinin hücumçusu Erlinq Haaland komandanın 92 illik rekordunu yeniləyib.

Lent.az xəbər verir ki, bu barədə Norveç Futbol Assosiasiyasının saytında məlumat verilib.

24 yaşlı forvard Millətlər Liqasının qrup mərhələsinin 3-cü turunda Sloveniya komandası ilə oyunda (3:0) dubla imza atıb. Ümumilikdə 36 oyunda 34 qol vurub. O, tarixdə millinin ən çox oyun keçirən futbolçusu olub.

Əvvəlki rekord Yorqen Yuveyə məxsus idi və bu rekordu 1934-cü ildən bəri yeniləyən olmamışdı. O, 45 oyunda 33 qol vurub.

Haaland 2019-cu ildən Norveç millisində çıxış edir. Yığma ilə birlikdə bircə dəfə də titul qazana bilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1961

Oxşar yazılar