Futbolçuları daşıyan avtobus aşdı, məşqçi öldü
19 aprel 2025 12:33 (UTC +04:00)

Futbolçuları daşıyan avtobus aşdı, məşqçi öldü

Qazaxıstanda uşaq futbol komandasını daşıyan mikroavtobus qəzaya düşüb.

Lent.az yerli mediaya istinadla məlumatına görə, komanda oyun üçün Pavlodardan Astanaya gedirmiş. Sürücü yük avtomobilini səhv ötüb və avtobus aşıb. 

Mikroavtobusda 14-16 yaş arası 16 uşaq, həmçinin onları müşayiət edən məşqçi olub. İdmançılar yardım üçün tibb müəssisəsinə aparılıb və həkim nəzarətindədirlər. Məşqçi isə hadisə yerində dünyasını dəyişib.

Qəza ilə bağlı cinayət işi açılıb, bütün zəruri istintaq hərəkətləri başlanıb. 

Həmçinin qeyd olunub ki, futbolçular özəl idman məktəbində məşq ediblər. Rəhbərliyin qarşıdakı səfərlə bağlı polis əməkdaşlarına əvvəlcədən məlumat vermədiyi və bu səbəbdən patrul dəstələrinin lazımi müşayiəti təmin olunmadığı bildirilib. Bu hadisə ilə bağlı da araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3107

Oxşar yazılar

Neymar koronavirusa yoluxdu

Neymar koronavirusa yoluxdu

8 iyun 2025 , 11:56
Böyük klublar Qornaço ilə maraqlanır

Böyük klublar Qornaço ilə maraqlanır

8 iyun 2025 , 10:34
Türkiyə səfərdə ABŞ-ı  məğlub etdi

Türkiyə səfərdə ABŞ-ı məğlub etdi

8 iyun 2025 , 02:31
Ronaldo dünya çempionatında oynamayacaq

Ronaldo dünya çempionatında oynamayacaq

7 iyun 2025 , 18:48
"Barselona" "Milan"ın oyunçusunu alır

"Barselona" "Milan"ın oyunçusunu alır

7 iyun 2025 , 13:26
"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

"Tottenhem"in yeni baş məşqçisi o ola bilər - Əsas namizəd

7 iyun 2025 , 09:43
Norveç millisi İtaliyanı darmadağın etdi

Norveç millisi İtaliyanı darmadağın etdi

7 iyun 2025 , 01:02
“Tottenhem” baş məşqçisini istefaya göndərdi

“Tottenhem” baş məşqçisini istefaya göndərdi

6 iyun 2025 , 23:52