FHN-nin idmançısı Azərbaycan çempionu oldu
06 dekabr 2022 14:53 (UTC +04:00)

FHN-nin idmançısı Azərbaycan çempionu oldu

Dekabrın 2-5-də Bakı İdman sarayının arenasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, çempionatda 68 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 500-ə yaxın cüdoçu mübarizə apararaq öz qüvvəsini sınayıb. Yarışda iştirak edən Azərbaycan milli yığma komandasının və Fövqəladə Hallar Nazirliyinin yığma komandasının üzvü Nazir Talıbov -60 kq çəki dərəcəsində 7 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Azərbaycan çempionu adına layiq görülüb. Qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Cüdo Federasiyasının təsis etdiyi medal təqdim olunub.

FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda uğur qazanmış idmançı və onun məşqçi müəllimləri Elçin İsmayılov və Arzu Axundov ilə görüşüb, idmançını əldə etdiyi nailiyyətə görə təbrik edərək ona gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, Nazir Talıbov 2023-cü ilin yanvar ayında Portuqaliyanın Almada şəhərində keçiriləcək cüdo üzrə “Grand Prix”də iştirak edəcək.

# 1062
avatar

Oxşar yazılar

"Mançester Yunayted"  6 futbolçusunu   satmaq niyyətindədir

"Mançester Yunayted" 6 futbolçusunu satmaq niyyətindədir

7 fevral 2023 , 00:57
Noyer  kapitanlıqdan   məhrum edilir: Yeni lider o olacaq

Noyer kapitanlıqdan məhrum edilir: Yeni lider o olacaq

7 fevral 2023 , 00:16
Yayda “Çelsi”dən  gedə bilərlər

Yayda “Çelsi”dən gedə bilərlər

6 fevral 2023 , 19:57
Alveşin  həbsxanadakı imtiyazları   AÇIQLANDI

Alveşin həbsxanadakı imtiyazları AÇIQLANDI

6 fevral 2023 , 19:23
Ronaldo ad gününü  səhrada   qeyd etdi

Ronaldo ad gününü səhrada qeyd etdi

6 fevral 2023 , 18:50
Müqaviləsi uzadılacaq

Müqaviləsi uzadılacaq

6 fevral 2023 , 17:51
Almaniya klubu  baş məşqçini   qovdu

Almaniya klubu baş məşqçini qovdu

6 fevral 2023 , 16:30
"Liverpul" Kloppu  qovmaq fikrində deyil:   Onu dəstəkləyirlər

"Liverpul" Kloppu qovmaq fikrində deyil: Onu dəstəkləyirlər

6 fevral 2023 , 15:12