Füzuli Musayev qalib yarışçı ilə görüşdü
20 iyun 2022 12:55 (UTC +04:00)

Füzuli Musayev qalib yarışçı ilə görüşdü

FHN-nin İdman-sağlamlıq klubunda görüş keçirilib - FOTO

Məlum olduğu kimi, iyunun 4-dən 11-dək Slovakiyanın Koşitse şəhərində Minifutbol üzrə Avropa çempionatı keçirilib və Azərbaycan millisi yarışda uğurlu çıxış edərək ilk dəfə olaraq Avropa çempionu adını qazanıb.

Lent.az xəbər verir ki, minifutbol üzrə milli komandanın üzvlərindən biri də Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Asif Zeynalovdur.

Bundan əlavə, iyunun 10-dan 12-dək Misirin paytaxtı Qahirə şəhərində Dünya Karate Federasiyasının təşkilatçılığı ilə karate idman növü üzrə böyüklər arasında Karate 1 “Series A” turniri keçirilib.

Turnirdə 70 ölkənin 870-ə yaxın idmançısı mübarizə aparıb. Yarışda Azərbaycanın karate üzrə milli komandasının və Fövqəladə Hallar Nazirliyinin karate komandasının üzvü, gənclər arasında Avropa çempionu Murad Hacızadə +84kq çəki dərəcəsində böyüklər arasında şəxsi kumite yarışlarında 6 döyüşün 5-də qalib gələrək yarışın gümüş medalının sahibi olub. Beləliklə, Murad Hacızadə öz çəkisində dünya üzrə karate reytinq sıralamasında ən yaxşı 100 idmançı sırasına daxil olaraq FHN-in karate komandasının üzvü kimi tarixə düşüb.

Karateçinin şəxsi məşqçisi 6-cı dan qara kəmər sahibi Rafael Məmmədov, komanda üzrə məşqçisi isə əməkdar idman ustası, əməkdar məşqçi, ikiqat Dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

İyunun 20-də FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Avropa çempionatında tarixi uğur qazanmış minifutbol üzrə milli komandanın üzvü, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin rabitə manqasının texniki, gizir Asif Zeynalov və karate komandasının üzvü Murad Hacızadə ilə görüşərək qazandıqları nailiyyətlərə görə təbrik edib və gələcək yarışlarda uğurlar arzulayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2583
avatar

Oxşar yazılar