Qalib olan FHN idmançıları
27 aprel 2022 10:02 (UTC +04:00)

Qalib olan FHN idmançıları

FHN-in güləş komandası uğurlu nəticələrə imza atıb - FOTOLENT

Aprelin 18-dən 22-dək Bakının Hövsan qəsəbəsində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun idman arenasında Gənclər və İdman Nazirliyinin və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə yunan-Roma və sərbəst güləş növü üzrə (U-17) gənclər arasında Azərbaycan çempionatı keçirilib.

Lent.az xəbər verir ki, çempionatda 32 komandadan 400-ə yaxın idmançı öz qüvvəsini sınayıb. Yarışda mübarizəyə 10 idmançı ilə qoşulan FHN-nin güləş komandası İdman-sağlamlıq klubunun əməkdaşı Elmir Qəmbərov və məşqçi-müəllimlər Alov və Etiram Hüseynovun rəhbərliyi altında yüksək nəticə göstəriblər. Belə ki, yunan-Roma güləş növü üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan Davud Məmmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bundan əlavə, 65 kq çəki dərəcəsində Elmir Sərxanov və 110 kq çəki dərəcəsində Mahir Qurbanlı yarışın bürünc medalına yiyələniblər. Sərbəst güləş növü üzrə isə 80 kq çəki dərəcəsində komandanın üzvü Nihad Əsgərov yarışın bürünc medalının sahibi olub.

Qaliblərə Gənclər və İdman Nazirliyinin medal və diplomları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çempionatda uğur qazanmış idmançılar və məşqçi müəllimlərlə görüşüb, onları əldə etdikləri nailiyyətlərə görə təbrik edərək, gələcək yarışlarda uğurlar arzulayıb.

Sonda qaliblərə qiymətli hədiyyələr təqdim olunub.

# 1689
avatar

Oxşar yazılar

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25
Xavi "Barselona"dan göndərildi:  Qərar verildi

Xavi "Barselona"dan göndərildi: Qərar verildi

17 may 2024 , 14:56