Fatih Terimin komandası qalib gəldi: Aləm  bir-birinə qarışdı
15 aprel 2024 14:12 (UTC +04:00)

Fatih Terimin komandası qalib gəldi: Aləm bir-birinə qarışdı

Yunanıstan Liqasında nəfəs kəsən çempionluq yarışı davam edir. 

Lent.az xarici mediaya istinadən məluat verir ki, Fatih Terimin çalışdırdığı "Panatinaikos" doğma meydanda "Lamiya"nı 3:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib. Bu oyundan sonra meydanda qəflətən qarışıqlıq yaranıb. 

Fatih Terimin vəziyyəti sakitləşdirmək üçün müdaxiləsi sosial mediada trend mövzusuna çevrilib. 

“Lamiya”nın baş məşqçisi Vokolos və "Panatinaikos"un hücumçusu İoannidis arasında qısamüddətli gərginlik yaşanıb. Hadisəni görən Fatih Terim meydana daxil olaraq futbolçusunu və rəqib məşqçini sakitləşdirib. Mübahisə çox böyüyənədək bitib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3330
avatar

Oxşar yazılar