Emmanuel Makron PSJ-də  qalmağını istədi
09 iyun 2022 06:22 (UTC +04:00)

Emmanuel Makron PSJ-də qalmağını istədi

Fransa prezidenti Emmanuel Makron milli komandanın hücumçusu Kilian Mbappenin Parisdə qalmaq qərarına münasibət bildirib.

Lent.az “RMC Sport”a istinadən  xəbər verir ki, Prezident futbolçunun PSJ ilə yeni müqavilə imzalamaq qərarını yüksək qiymətləndirib.

Qeyd edək ki, Makron futbolçu ilə gələcəyi ilə bağlı qərar verərkən onunla danışıb və ona Paris klubu ilə yeni müqavilə imzalamağı məsləhət görüb.

“Kylian Mbappe ilə danışa bildim, amma o, vicdanla seçimini edir. O, karyerasında bunu böyük məsuliyyət adlandırıb”, - deyə Makron bildirib.

Mayın 21-də Kilian Mbappenin PSJ ilə 2025-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalayıb.

Eyni zamanda, futbolçunun artıq “Real Madrid”lə razılığa gəldiyi də daha əvvəl bildirilirdi. 

Ancaq keçid baş tutmadı. 

İndi Mbappenin Fransada maaşı ildə 40 milyon avrodur.
 

# 1533
avatar

Oxşar yazılar