Dünyanın ən məşhur futbolçularından biri olan Alişa Lemann "Yuventus"un sıralarına qoşulub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bir neçə gün əvvəl Duqlas Luis "Yuventus"un yeni futbolçusu olub. Braziliyalı futbolçu Turin klubuna "Aston Villa"dan keçib. "Qoca sinyora"nın səlahiyyətliləri bu transferə 50 milyon avrodan çox pul xərcləyib.
Ötən mövsüm Lemann 17 oyun keçirib və 3 qol vurub. Bununla belə, o, mövsümün çox hissəsində zədələrlə mübarizə aparıb. Ümumilikdə hesabında “Aston Villa” üçün 19 qol və 10 məhsuldar ötürmə var.
Lemanın "Yuventus"a gəlişi İtaliya klubunun “Instagram” profilində böyük səs-küyə səbəb olub. Transfer elanından iki gün sonra 500 minə yaxın bəyənmə toplanıb. Maraqlıdır ki, Mikel Di Qreqorionun eyni gündə elan edilən “Monza”dan transferi indiyədək beş dəfə az adam tərəfindən “bəyənilib”.
Lemanın futbol dünyasında nə qədər məşhur olduğuna da diqqət yetirməyə dəyər. Onun “Instagram” hesabını 16,8 milyon fanat izləyir. “Milan” (16,3 milyon), “İnter” (11,7 milyon) və “Roma” (7,3 milyon) daxil olmaqla, A Seriyasının əksər klublarının statistikası daha pisdir.