Dünya rekordçusu seksin nəticələrə  necə təsir etdiyindən DANIŞDI 
15 noyabr 2024 19:07 (UTC +04:00)

Dünya rekordçusu seksin nəticələrə necə təsir etdiyindən DANIŞDI 

Yaroslava Maquçix bildirib ki, yarışlardan əvvəl cinsi əlaqəyə gəldikdə hər bir idmançı öz orqanizminə güvənməlidir.

“Bəziləri bacarır, bəziləri bacarmır, hər kəs üçün fərqlidir. Hər kəs yarışmadan əvvəl bunu özü üçün sınamalıdır. Elə olur ki, ertəsi gün və ya iki gün sonra bəzi sürət məşqləri olur: əgər özünüzü lazımi qədər yaxşı hiss etmirsinizsə, ondan çəkinmək daha yaxşıdır. Ancaq bəzi insanlar üçün əksinə, cinsi əlaqədən sonra müsbət təsiri olur", - Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Maquçix söyləyib.

“Mənim üçün bu, müddətdən asılıdır - məşq dövrü, yoxsa yarış dövrü. Yarış dövründə bu mümkün deyil”, - idmançı etiraf edib.

23 yaşlı ukraynalı hündürlüyə tullanma üzrə Paris Olimpiadasının qalibi, dünya çempionu və ikiqat Avropa çempionudur. Yaroslava Maquçix bu növdə dünya rekorduna sahibdir - 2,10 metr. 2024-cü ildə ukraynalı bolqar Stefka Kostadinovanın (2,09 metr) 37 il davam edən rekordunu qıra bilib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2865
avatar

Oxşar yazılar