Dünya çempionatında ilk: Qadın baş hakim olacaq
29 noyabr 2022 23:51 (UTC +04:00)

Dünya çempionatında ilk: Qadın baş hakim olacaq

Fransalı referi Stefani Freppart futbola tarixinə düşəcək.

Lent.az Apasport.az saytına istinadla xəbər verir ki, o, dünya çempionatında baş hakimlik edəcək ilk qadın olacaq.

38 yaşlı ədalət təmsilçisi DÇ-2022-nin E qrupunun III turunun Kosta Rika - Almaniya matçında əsas söz sahibi olacaq.

Ona həmcinsləri – Neuza Bek (Braziliya) və Karen Diaz Medina (Meksika) laynsmanlar qismində yardımçı edəcəklər.

Honduraslı Said Martinez matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, Kosta-Rika Almaniya oyunu dekabrın 1-i saat 23:00-da start götürəcək.

# 2031
avatar

Oxşar yazılar