Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin I turunun növbəti oyunları keçirilib.
Lent.az xəbər verir ki, tarixində ilk dəfə turnirdə mübarizə aparan “Bolonya” azarkeşləri önündə “Şaxtyor”u (Donetsk) qəbul edib (0:0).
“Mançester Siti” birinci turda “İnter”i, PSJ isə “Jirona”nı sınağa çəkib. İki matçda ümumilikdə 1 qol vurulub. İngiltərədəki matçdan qol səsi çıxmayıb. PSJ isə 90-cı dəqiqədə arzuladığı qolu vura bilib: 1:0.