“Çelsi”nin yarımmüdafiəçisi də ərəb klubuna gedir
07 iyun 2023 13:55 (UTC +04:00)

“Çelsi”nin yarımmüdafiəçisi də ərəb klubuna gedir

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.

Lent.az xəbər verir ki, fransalı futbolçu 2025-ci ilə qədər mövsümə 100 milyon avro maaşla müqavilə imzalayacaq.

Yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsi iyunun 30-da başa çatır. Kante ötən mövsüm zədə səbəbindən cəmi 7 oyun keçirib.

# 1173
avatar

Oxşar yazılar