Canni De Byazi onu istəyir
21 mart 2023 22:53 (UTC +04:00)

Canni De Byazi onu istəyir

Ukraynanın U-21 yığmasının futbolçusu Eldar Quliyev Azərbaycan millisində çıxış edə bilər. 

Lent.az-ın əldə etdiyi məlumata görə, “Zirə”nin yeni transferinin millidə oynamasında Canni De Byazi maraqlıdır.
 
İtaliyalı mütəxəssis gənc futbolçunu sərəncamında görmək istəyir. Əvvəllər U-17 yığmamızda çıxış etmiş yarımmüdafiəçinin atası və babasının da Azərbaycandan olması müsbət məqamlardandır.

Amma bu, bir halda tez baş tutmaya bilər. Məsələ burasındadır ki, 20 yaşlı yarımmüdafiəçi Ukraynanın U-21 yığmasının üzvüdür. Həmin milli isə Gürcüstan və Rumıniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb. Quliyevin məhz həmin çempionata qədər gözləyəcəyi və ondan sonra vəziyyətə uyğun karyerasını hansı millidə davam etdirəcəyinə qərar verəcəyi bildirilir.

# 3309
avatar

Oxşar yazılar