Braziliyada keçirilən həvəskarlar liqasının oyunu qalmaqallı əsas səhnəyə çevrilib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, oyunda iki komandanın oyunçuları dava edib. Hadisəyə müdaxilə edən polis qrupları qalmaqallı görüntü yaradıb.
Dava edənləri ayırmağa çalışan polis məmurunun futbolçunun ayağını ov tüfəngi ilə vurduğu görüntülər həvəskar kameraya düşüb.