Düz 35 il əvvəl dünya boks tarixinə əbədi yazılacaq hadisə baş verib.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 1986-cı il noyabrın 22-də
WBC versiyası üzrə dünya çempionu Trevor Berbik və rəqibi Mayk Tayson Las-Veqasda rinqə çıxıblar.
İlk raundda Berbik bir neçə sərt zərbə buraxıb və hücumdan müdafiəyə keçib. Raundun sonunda Tayson sol tərəfə zərbə endirib və Berbik qonqa çətinliklə dözə bilib.
İkinci raundun əvvəlində Mayk yenidən kəskin irəliləyərək çempionu çempionu nokdauna göndərib. Rəqib sürətini azaltmayıb, sağ apperkot və sol qarmaqla Trevorun istiqamət hissini itirməsinə səbəb olub. Çətinliklə ayağa qalxıb, amma inamsız ayaq üstə dayanıb. Hakim mübarizəni dayandırıb.
Mayk dünya rekordu müəyyən edib. 20 yaşında ağır çəkidə ən gənc dünya çempionu olub.
Bu döyüşə görə Tayson 1,5 milyon dollar, Berbik isə 2,1 milyon dollar qazanıb.