"Barselona"dan ayrılıb İngiltərəyə gedə bilər
19 iyul 2024 16:29 (UTC +04:00)

"Barselona"dan ayrılıb İngiltərəyə gedə bilər

Yarımmüdafiəçi Serxi Roberto "Barselona"dan ayrılmaq qərarına gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, iyulun 1-də 32 yaşlı futbolçu azad agent olub, lakin "Barselona" oyunçuya onu maaş limitinə uyğunlaşdıra bilsə, müqaviləsinin uzadılacağını bildirib.

Bununla belə, Roberto klubdan xəbər gözləməmək və yeni komanda axtarmaq qərarına gəlib. Futbolçuya "Sevilya", "Valensiya" və "Jirona" maraq göstərsə də, Robertonun özü ilk növbədə İngiltərə Premyer Liqasına keçmək istəyir.

Serxi Roberto bütün karyerasını 2010-cu ildən peşəkar şəkildə oynayaraq "Barselona"da keçirib. Keçən mövsüm o, bütün turnirlərdə 24 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7446
avatar

Oxşar yazılar