"Barselona" böyük ehtimalla 18 yaşlı hücumçusu Mark Qiunu itirəcək.
Lent.az xarici mediaya istinadən bildirir ki, "Çelsi" Qiunun müqaviləsində nəzərdə tutulan 6 milyon avro məbləğində təzminat ödəməyə hazırlaşır.
Qiu keçən mövsüm “Barselona”nın əsas komandasının heyətində yeddi oyuna çıxıb və iki qol vurub. Bu qollardan biri debütdə “Atletik”ə qalib gəlinən oyunda olub.
Yeniyetmə bu yay başqa bir La Liqa klubuna icarəyə götürülüb və “Barselona” onu saxlamağa ümid edirdi. Ona yeni müqavilə təklif ediblər (indiki müqavilənin müddəti 2025-ci ildə bitir), lakin hələ də cavab almayıblar.
Məlumata görə, “Bavariya” da oyunçunu almaq üçün çalışır, lakin həftə sonu “Çelsi” ilə müsbət danışıqlar onu Londona köçməyə daha da yaxınlaşdırır. Qiu London klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırmağa yaxındır.