"Barselona" bu hücumçu uğrunda rəqabətə girdi
18 iyul 2024 09:35 (UTC +04:00)

"Barselona" bu hücumçu uğrunda rəqabətə girdi

"Barselona" hücumçu Niko Uilyamsın Kataloniya klubuna transferi ilə bağlı "Atletik Bilbao" ilə danışıqları sürətləndirmək istəyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, bunasəbəb ingilis klublarının da futbolçu ilə maraqlanmasıdır. Hazırda İspaniya klubları arasında danışıqlar aktiv mərhələdədir.

Xatırladaq ki, Uilyams ötən mövsüm klub və milli komandanın heyətində bütün turnirlərdə 48 matçda iştirak edib, 10 qol vurub, 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 60 milyon avrodur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar