İki mövsüm Türkiyədə "Qalatasaray"da çıxış edən Bafetimbi Qomis futbolçu karyerasını 39 yaşında bitirib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə,
sonuncu dəfə Yaponiyanın “Kavasaki Frontale” komandasında çıxış edən 39 yaşlı fransalı hücumçu peşəkar futbolçu karyerasını başa vurub.
Gomis, karyerası boyu “Sent-Etyen”, “Troyes”, “Lion”, “Suonsi”, “Marsel”, “Qalatasaray”, “Əl-Hilal” və “Kavasaki Frontale” klublarında çıxış edib. Sözügedən komandalarda 637 oyuna çıxan Qomis 329 qol vurub, 70 məhsuldar ötürmə edib.
Fransa Milli Komandasında da 12 oyunda çıxış edən və 3 qol vuran Qomis karyerasında ümumilikdə 13 kubok qazanıb.