Azərbaycanın Mərkəzi Hakimlər Komitəsinin keçmiş prezidentinə  Türkiyədə vəzifə veriləcək
11 noyabr 2024 14:47 (UTC +04:00)

Azərbaycanın Mərkəzi Hakimlər Komitəsinin keçmiş prezidentinə Türkiyədə vəzifə veriləcək

Türkiyə Futbol Federasiyası artan şikayətlərdən sonra Mərkəzi Hakim Şurası ilə bağlı dəyişiklik etməyə hazırlaşır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Super Liqadakı son hakim səhvlərinə klublar böyük reaksiya verərkən, Türkiyə Futbol Federasiyasının hərəkətə keçdiyi öyrənilib.

Deyilənlərə görə, Mərkəzi Hakim Şurasının başqanı Ferhat Gündoğdu və rəhbərliyi dəyişəcək və əməliyyat milli komandanın oyunları ilə bağlı fasilə zamanı baş tutacaq.

Mərkəzi Hakim Şurasının yeni prezidentinin Azərbaycanın Mərkəzi Hakimlər Komitəsinin keçmiş prezidenti və hazırda Türkiyə Futbol Federasiyasında UEFA müşahidəçisi kimi fəaliyyət göstərən Barış Şimşək olacağı öyrənilib. Şimşək daha əvvəl TFF-də VAR koordinatoru və hakim işləri meneceri vəzifələrində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1491
avatar

Oxşar yazılar