Azərbaycan klubu İrandan hücumçu gətirir
29 iyun 2021 16:47 (UTC +04:00)

Azərbaycan klubu İrandan hücumçu gətirir

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Keşlə” transfer çalışmalarını, demək olar ki, yekunlaşdırıb.

Lent.az "Apasport.az"a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi bundan sonra yalnız baxış yolu ilə heyətinə oyunçu qata bilər.

Yay fasiləsində Rafael Məhərrəmli, Merab Qiqauri, Omar Qudiabi, Aldair Sapalo Amaro Neto, Felipe Santos və Amil Yunanovu transfer edən, Rəhman Hacıyev, Turan Vəlizadə və Elçin Mustafayevi yenidən icarəyə götürən “Keşlə”nin “Zirə”dən ayrılan Fakundo Melivilo ilə bağlı qərarı müsbət olmayıb. Baş məşqçi Sənan Qurbanov bir neçə gün baxışdan keçirdiyi argentinalı yarımmüdafiəçini bəyənməyib.

Onunla yanaşı, salvadorlu forvard Erik Rivera ilə danışıq da baş tutmayıb və 32 yaşlı oyunçu ölkəsinin “Santa Tekla” klubuna keçib.

Yaxın günlərdə “Keşlə”yə İrandan bir oyunçunun qoşulması istisna edilmir. Hücum mövqeyində çıxış edən həmin futbolçu razılıq verərsə, bakılılarda baxışdan keçəcək.

Qeyd edək ki, “Keşlə” ötən mövsümün sonunda Vüsal İsgəndərli, Sezar Meza Kolli, Xəzər Mahmudov, Con Kamara, Sadio Tounkara, Silvio Rodriges, Yevgeni Koçuk, Elvin Yunuszadə və Bahadur Həziyevlə yollarını ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Oxşar yazılar