Azərbaycan çempionatları tarixində 13000-ci qol
08 avqust 2022 14:00 (UTC +04:00)

Azərbaycan çempionatları tarixində 13000-ci qol

Azərbaycan çempionatları tarixində 13000-ci qol vurulub.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, yubiley topu Misli Premyer Liqasının I turunun “Sabah” – “Sumqayıt” görüşünə (3:0) təsadüf edib.

Qarşılaşmadakı sonuncu qolun müəllifi olan Kristian Sebalyos ölkə çempionatlarının 30 illik tarixinə düşüb. O, 13 mininci qolun müəllifi olub.

Bu, baş tutan 5100-cü qarşılaşmaya təsadüf edib. Daha 278 matçda texniki nəticə qeydə alınıb.

Qeyd edək ki, ölkə çempionatlarının ilk qoluna Mehman Alışanov imza atıb. O, 1992-ci il mayın 3-də keçirilən “Qarabağ” – “İnşaatçı” (Sabirabad) görüşündə qonaqların qapısına yol tapıb.

# 1782
avatar

Oxşar yazılar