Avropa çempionatında  VAR sistemi   necə işləyəcək? – UEFA-dan  AÇIQLAMA
09 aprel 2024 19:08 (UTC +04:00)

Avropa çempionatında VAR sistemi necə işləyəcək? – UEFA-dan AÇIQLAMA

UEFA 2024-cü il Avropa Çempionatında VAR sisteminin necə işləyəcəyini açıqlayıb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, VAR-a ilk dəfə olaraq qoşulmuş top texnologiyası, yarı avtomatik ofsayd aşkarlama (SAOT) və qol aşkarlama texnologiyalarının əlavə ediləcəyi bildirilir.

Rəsmi topun real vaxt rejimində dəqiq məlumatları təmin edən, oyun hakimlərinə və VAR-lara topa hər bir toxunuşu müəyyən etməyə kömək edən hərəkət sensorlarından ibarət olduğu, oyundankənar vəziyyət, əllə oyun və penalti insidentləri ilə məşğul olmaq üçün sərf olunan vaxtı azaltdığı vurğulanır. Məlumatlar həmçinin evdəki azarkeşlərin meydandakı oyunçular qədər faydalanmasını təmin etmək üçün televiziya qrafikası və vizualizasiya yaratmaq üçün istifadə olunacaq.

Xatırladaq ki, Avro-2024-ün final hissəsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. Avropa çempionatının hazırkı qalibi Londonun “Uembli” stadionunda Avro-2020-nin finalında İngiltərə millisini məğlub edən İtaliya komandasıdır. Həmin finalın taleyi penaltilər seriyasında həll olunub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526
avatar

Oxşar yazılar