Arteta “Arsenal” ilə müqaviləsini üç il uzatdı
12 sentyabr 2024 17:23 (UTC +04:00)

Arteta “Arsenal” ilə müqaviləsini üç il uzatdı

İspan mütəxəssis 2019-cu ildən London klubunu çalışdırır.

Lent.az bildirir ki, “New York Times”ın məlumatına görə, “Arsenal”ın baş məşqçisi Mikel Arteta klubla müqaviləsini 2027-ci ilə qədər uzadıb. Artetanın klubla əvvəlki müqaviləsi bu mövsümün sonunda başa çatır.

Sentyabrın 15-də "Tottenhem"lə oyundan əvvəl "Arsenal"ın Artetanın müqaviləsinin uzadılmasını elan edəcəyi gözlənilir.

42 yaşlı Arteta "Arsenal"ı 2020-ci ildə İngiltərə kubokunun finalına çıxarıb və iki dəfə İngiltərə Superkubokunu qazanıb. “Topçular” son mövsümlərdə ardıcıl iki dəfə Premyer Liqada ikinci yeri tutub.

"Arsenal" İngiltərə Premyer Liqasının 2024/25 mövsümünün ilk üç turunda yeddi xal toplayıb. Çempionatın başlanğıcını yalnız “Mançester Siti” və “Liverpul” itkisiz başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar