Andrey Şevçenko
07 noyabr 2021 17:51 (UTC +04:00)

Andrey Şevçenko

Andrey Şevçenko İtaliyada baş məşqçi oldu

0

Andrey Şevçenko İtaliyaya qayıdıb.

Lent.az xəbər verir ki, futbolçu kimi ən yaxşı illərini bu ölkədə keçirən şevçenko indi baş məşqçi işləyəcək.

“Genoa” klubu noyabrın 7-də Ukrayna millisinin keçmiş baş məşqçisi ilə 2024-cü il iyunun 30-dək müqavilə imzalandığını elan edib. 

“Andrey Şevçenko “Genoa”nın yeni baş məşqçisidir. Mister, xoş gəldin”, - klubun “Twitter” səhifəsində belə məlumat yayılıb.

Şayiələrə görə, 45 yaşlı ukraynalı baş məşqçi İtaliya klubunda ildə 1,8 milyon avro qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6245

Oxşar yazılar