Almaniyanın "Sankt-Pauli" klubu 2023/24 mövsümünün sonunda Bundesliqaya yüksəlib.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, komanda İkinci Bundesliqanın 33-cü turunun oyununda "Osnabryuk"a qalib gəlib (3:1).
Mövsümün sonuna bit tur qalmış "Sankt-Pauli"nin 66 xalı var və turnir cədvəlində birinci yerdədir.
Bundan əvvəl məlum olmuşdu ki, “Holştayn” tarixində ilk dəfə gələn mövsüm Almaniya çempionatının yüksək divizionunda mübarizə aparacaq.
“Sankt-Pauli” və “Holştayn” birinci Bundesliqanın 16-cı komandası ilə pley-off oyunu keçirəcək “Fortuna”nı geridə qoyublar.
“Sankt-Pauli” 2011-ci ildən bəri ilk Bundesliqada çıxış etmirdi.