11 metrlik zərbəni sinəsi ilə saxlayan qapıçı öldü
16 yanvar 2025 15:46 (UTC +04:00)

11 metrlik zərbəni sinəsi ilə saxlayan qapıçı öldü

Braziliyanın Amazonas əyalətinin həvəskar komandasında çıxış edən 16 yaşlı qapıçı Edson Lopez Qama məşq zamanı sinəsi ilə 11 metrlik zərbəni dəf edib və ölüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, top futbolçunun döş sümüyü ilə diafraqma arasındakı nahiyəsinə dəyib. Bu səbəbdən qapıçı şiddətli ağrıdan yerə yıxılıb. Təcili yardım çağırılıb və futbolçu xəstəxanaya aparılıb. Lakin həkimlər Qamaya kömək edə bilməyiblər.

Hadisə yanvarın 5-də baş verib. Qeyd edilir ki, 16 yaşlı qolkiperin heç vaxt ürək problemi olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1008
avatar

Oxşar yazılar