Mübariz Mənsimovun 500 min dolları işə yaramadı
“Xəzər-Lənkəran” futbol klubunun fəxri prezidenti Mübariz Mənsimovun Türkiyənin “Beşiktaş” klubu üçün ayırdığı 500 min avro mükafat cibində qalıb.
Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, buna “qartallar”ın Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “İnönü” stadionundakı görüşdə Almaniya “Volfsburq”una 0:3 hesablı məğlubiyyəti səbəb olub.
Noyabrın 3-də baş tutan oyunun fasiləsində azərbaycanlı iş adamı “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörənə yaxınlaşıb. O, türk klubunun qələbəsi təqdirində 500 min dollar mükafat təklif edib. Lakin “Beşiktaş” böyük hesabla uduzduğundan, futbolçulara xüsusi mükafat çatmayıb.
Qeyd edək ki, Türkiyənin yeganə təmsilçisi bu məğlubiyyətdən sonra Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə şanslarını itirib.

Oxşar yazılar

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 , 16:38
“Əl-Nəsr” satışa çıxarılarsa, Ronaldo böyük məbləğ qazana bilər: onun klubda payları var
25 avqust 2025 , 16:09
Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 , 13:01
Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04