Olimpiya məşəli etirazla qarşılandı
2010-cu il Qış Olimpiya Oyunları məşəlinin estafet marşrutu Kanadanın Viktoriya şəhərindəki etiraz aksiyası ilə əlaqədar tələsik dəyişdirilib.
Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, oktyabrın 30-da olimpiya məşəli Yunanıstandan Kanadanın Britaniya Kolumbiyası əyalətinin paytaxtına çatdırılıb.
Estafetin Kanada mərhələsi məhz Viktoriya şəhərindən start götürməli idi. Lakin estafetin əvvəlində yüzlərlə nümayişçi küçələrə çıxaraq, olimpiya məşəlinin hərəkətini bir neçə saatlıq dayandırıb. İnsanlar 2010-cu il olimpiadasına çəkilən artıq xərclərə narazılıqlarını bu formada ifadə ediblər. Onların fikrincə, həmin vəsaiti yeni binaların tikintisinə və səhiyyədə islahatlara yönəltmək daha yaxşı olardı.
İcazəsiz nümayişlə əlaqədar estafetin təşkilatçıları olimpiya məşəlini aparan idmançıları maşınlara yığaraq, etirazçılardan təhlükəsiz məsafəyə aparmaq qərarına gəlib.
45 min km uzunluğunda olan estafetin Kanada mərhələsi 2010-cu il olimpiadasının startının veriləcəyi fevralın 12-də Vankuverdə yekunlaşacaq.

Oxşar yazılar

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 , 16:38
“Əl-Nəsr” satışa çıxarılarsa, Ronaldo böyük məbləğ qazana bilər: onun klubda payları var
25 avqust 2025 , 16:09
Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 , 13:01
Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04