Azərbaycan millisindən böyük sıçrayış
FİFA-nın yeni reytinqində yığmamız 14 pillə irəlilədi
FİFA dünya yığmalarının oktyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 14 pillə irəliləyib.
2010-cu il dünya çempionatının seçmə qrup mərhələsinin son qarşılaşmalarında Lixtenşteyn üzərində 2:0 hesablı qələbə qazanan millimiz Bakıda Rusiya ilə heç-heçə edib – 1:1. Bu nəticələr yığmamızın reytinqdəki mövqeyinə müsbət təsir göstərib. Hazırda 213 xala malik komandamız Botsvana ilə birgə 124-cü pillədə qərarlaşıb.
Seçmə mərhələdə yığmamızın rəqiblərindən 1 pillə geriləyən Almaniya 1161 xalla 5-ci pilləyə, 6 pillə geriləyən Rusiya isə 982 xalla 14-cü pilləyə enib. 4 pillə irəliləyən Finlandiya 606 xalla 57-ci, 11 pillə geriləyən Uels isə 418 xalla 78-ci sırada qərarlaşıb. 139 xala malik Lixtenşteyn isə 8 pillə irəliləyib və hazırda 143-cü pillədədir.
Cədvəlin ilk pillələrində dəyişiklik baş verməyib. Əvvəlki kimi ilk üç pilləni müvafiq olaraq, Braziliya (1632 xal), İspaniya (1629 xal) və Hollandiya (1340 xal) tutur. Türkiyə isə 12 pillə geriləyib. Hazırda “ay-ulduzlular” 737 xalla 39-cu pillədədir.

Oxşar yazılar

Üzgüçü Bosfor boğazında yarış zamanı itkin düşdü
25 avqust 2025 , 16:38
“Əl-Nəsr” satışa çıxarılarsa, Ronaldo böyük məbləğ qazana bilər: onun klubda payları var
25 avqust 2025 , 16:09
Ən varlı boksçuların SİYAHISI
25 avqust 2025 , 13:01
Ən çox qazanan 10 tennis ulduzu: Zirvədə kimdir?
25 avqust 2025 , 10:34
"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04