Avstriya – Azərbaycan: Yalnız yığmamızın qələbəsi çatışmır
Lent.az-ın məlumatına görə, ilk oyun günündə 21, ertəsi gün isə 2 qarşılaşma baş tutacaq.
A qrupunda yer alan Azərbaycan milli komandası bu gün səfərdə Avstriya ilə üz-üzə gələcək. Vyana şəhərindəki “Ernst Happel” stadionunda təşkil olunacaq qarşılaşmanı danimarkalı baş hakim Nikolay Vollkvarts idarə edəcək. Ona həmyerliləri Torben Yensenlə Henrik Kristensen yan xətt hakimləri, Kenn Hansen isə dördüncü hakim qismində yardımçı olacaqlar. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.
Hələlik hər iki ölkə milliləri cəmi 1 oyunda qüvvələrini sınayıblar. Sentyabrın 7-də Avstriya öz meydançasında Qazaxıstanı yenib – 2:0. Azərbaycan isə səfərdə Almaniyaya uduzub – 1:6.
İndiyədək yığmamız Avstriya ilə 2 dəfə üz-üzə gəlib. 2004-cü ildə “Ernst Happel”də keçirilmiş qarşılaşmada meydan sahibləri qalib gəlib – 2:0. Bundan bir il sonra isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qol vurulmayıb – 0:0.
Komandamız oyuna itki ilə çıxacaq. Müdafiəçi Maksim Medvedev zədə üzündən forma geyinməyəcək. Zədəsini yenicə bərpa edən digər arxa xətt oyunçusu Ruslan Abışovun iştirakı isə sual altındadır.

Oxşar yazılar

Azərbaycan güləşçiləri reytinq turnirində 5 medal qazandılar
19 iyul 2025 , 04:53
"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04