Arda Turan Türkiyə millisindən kənarlaşdırıldı
Lent.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçinin qasıq nahiyəsindəki ağrıları səngimədiyi üçün belə bir qərar verilib.
Bu isə o deməkdir ki, “ay-ulduzlular”ın aparıcı oyunçusu oktyabrın 8-də Almaniya, bundan 4 gün sonra isə Azərbaycan yığmaları ilə keçirəcəyi oyunlarda iştirak etməyəcək.
Qeyd edək ki, Türkiyə yığmasının baş məşqçisi Qus Hiddink Arda Turanı ağrıları tam keçmədiyi halda qarşıdakı iki oyuna çağırıb. Oktyabrın 5-də məşq vaxtı Ardanın ağrıları güclənib. Nəticədə futbolçu çalışmaları yarımçıq qoyub. Bundan sonra yarımmüdafiəçinin həkim nəzarətində saxlanılmasına və irəliləyiş olacağı halda Almaniya və Azərbaycanla görüşlərdə iştirakına qərar verilib. Lakin həkimlər ötən iki gün ərzində Turanın sağlıq durumunda müsbət dinamika hiss etməyiblər.

Oxşar yazılar

Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19