“Xəzər Lənkəran”a məğlubiyyətin səbəbkarı üzr istədi
Lent.az-ın məlumatına görə, braziliyalı müdafiəçi klubunun rəsmi saytına açıqlamasında yol verdiyi səhvlə əlaqədar azarkeşlərdən üzr istəyib.
Silva 89-cu dəqiqədə baş verən epizodla bağlı bunları deyib: “Alınan nəticədən məyus olduq. Mənim kobud səhvim nəticəsində rəqib qol vurdu. Həmin anda cəld hərəkət eləmək istədim, amma yubandım və nəticədə qapımızda qol gördük. Buna görə komanda yoldaşlarımdan və azarkeşlərdən üzr istəyirəm”.
Bununla belə, “sambaçı” hər şeyin bitmədiyini, “Neftçi”ni qarşıda çətin və maraqlı oyunların gözlədiyini söyləyib: “Çalışacağıq ki, bundan sonrakı görüşlərdə qələbələri sıralayıb liderliyə qayıdaq”.
Qeyd edək ki, “Xəzər Lənkəran” argentinalı hücumçusu Dieqo Ruisin dəqiq baş zərbəsi nəticəsində “Neftçi”yə qalib gəlib – 1:0.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ”ın II təsnifat mərhələsindəki rəqibi kim olacaq?
17 iyul 2025 , 02:35
Futbolda penalti vurulması qaydası dəyişdirilir?
16 iyul 2025 , 22:48
Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub - SİYAHI
16 iyul 2025 , 19:20
Dünyanın ən kasıb ölkəsi "Barselona"nın sponsoru oldu
16 iyul 2025 , 18:27
"Barselona"nın transfer pəncərəsi bağlanana qədər dörd problemi var, çünki...
16 iyul 2025 , 16:47
Ronaldoya yalnız seçilmiş oyunlarda oynamaq icazəsi verildi
16 iyul 2025 , 14:50
6 futbolçu "Mançester Siti"ni tərk edir
16 iyul 2025 , 12:24