Elman Rüstəmov: “Bir şərtlə razılıq verdik”
Lent.az-ın məlumatına görə, bu sözləri Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkəmiz 2011-ci ildə təşkil olunacaq iddiaçıların görüşü ilə bağlı bütün öhdəlikləri yerinə yetirib. Lakin AŞF Ermənistan şahmatçısı Levon Aronyanın Bakıya gəlməkdən imtinası ilə əlaqədar görüşün Kazanda təşkilinə ölkəmizdən ikinci iddiaçının olması şərtilə razılıq verib: “Biz dünyada şahmat hərəkatının parçalanmasını istəmədiyimiz üçün Rusiya Şahmat Federasiyasının təşəbbüsünə etiraz etmədik. Baxmayaraq ki, öz üzərimizə düşən bütün işləri görmüş, müqavilə öhdəliklərini yerinə yetirmiş, lazımi məbləğdə pul vəsaitini köçürmüşdük. Artıq FİDE Azərbaycandan ikinci iddiaçının olacağı haqda bizi məlumatlandırıb. Eyni zamanda, köçürdüyümüz pulu geri almışıq”.
AŞF-nin vitse-prezidenti Mahir Məmmədov isə dünya şahmat tacına Teymur Rəcəbovdan əlavə, ölkəmizdən ikinci iddiaçı qismində Şəhriyar Məmmədovun olacağını bildirib: “Artıq FİDE şəxsən Elman Rüstəmovun adına müvafiq məktub göndərib”.

Oxşar yazılar

“Yuventus”un transferə çıxardığı futbolçular - SİYAHI
7 iyul 2022 , 15:26Futbolda belə qol görmüsünüz?.. - VİDEO
7 iyul 2022 , 09:53
Çempion milli üzvündən imtina etdi
7 iyul 2022 , 00:43
"Bavariya" Ronaldonu transfer etməyəcək, çünki…
6 iyul 2022 , 19:36
Pol Poqba "Yuventus"la 4 illik müqavilə imzalayacaq
6 iyul 2022 , 13:39
Voleybol üzrə Zəfər Kubokunun püşkü atıldı
6 iyul 2022 , 09:33