Avropa Liqası: İngiltərə klubları qələbəsiz qaldı
23 aprel 2010 10:30 (UTC +04:00)

Avropa Liqası: İngiltərə klubları qələbəsiz qaldı

Futbol üzrə Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Lent.az-ın məlumatına görə, İngiltərənin “Fulhem” və “Liverpul” klubları səfər oyunlarında qələbə qazana bilməyiblər.

“Fulhem” Almaniyada “Hamburq”la qolsuz heç-heçəyə nail olaraq, cavab görüşü üçün böyük üstünlük əldə edib. “Liverpul” isə İspaniyada “Atletiko”ya minimal hesabla uduzub.

“Hamburq” (Almaniya) – “Fulhem” (İngiltərə) – 0:0

“Atletiko” (İspaniya) – “Liverpul” (İngiltərə) – 1:0
Dieqo Forlan, 9

Cavab görüşləri aprelin 29-da baş tutacaq.
# 479

Oxşar yazılar