Hər iki tərəf üçün sərfəli sülh
05 aprel 2010 11:30 (UTC +04:00)

Hər iki tərəf üçün sərfəli sülh

Futbol üzrə Unibank Premyer Liqasında XXVI tura aprelin 4-də keçirilmiş daha 2 oyunla yekun vurulub. Lent.az-ın məlumatına görə, ilk “6-lıq”da yer alan “İnter” və “Bakı” komandalarının görüşündə heç-heçə qeydə alınıb – 1:1.

Bu nəticə “İnter”in turu yenə vahid lider kimi başa vurmasına şərait yaradıb. “Bakı” isə ilk oyun günündə “Neftçi”nin “Qəbələ”yə, “Qarabağ”ın isə “Xəzər-Lənkəran”a eyni hesablı məğlubiyyətindən sonra 3-cü pilləyə yüksəlib.

Turun nəticələri

“Neftçi” – “Qəbələ” – 1:2
Rəşad Abdullayev, 63 – Milan Antiç, 35. Tomaş Ştolpa, 90+5

“Olimpik-Şüvəlan” – “Turan” – 4:1
Anatoli Doroş, 2; 41; 44. Alveş Dos Santos, 62 – Nadir Nəbiyev, 85

“Simurq” – “Muğan” – 1:0
Elşən Məmmədov, 16

“Xəzər-Lənkəran” – “Qarabağ” – 2:1
İvan Tsvetkov, 45-penalti ilə. Mario Souza, 54 - Georgi Adamiya, 62

“İnter” – “Bakı” – 1:1
Saşa Yunisoğlu, 15-öz qapısına - Jaba, 1

“Karvan” – “Standard” – 1:2
Xaqani Məmmədov, 65 - Fərid Quliyev, 33. Georgi Seturidze, 68
Qırmızı vərəqə: Emin Quliyev, 84 (“Karvan”)

1 – 6-cı yerlər

1. “İnter” – 23 xal
2. “Xəzər-Lənkəran” – 22
3. “Bakı” – 17
4. “Qarabağ” – 16
5. “Neftçi” – 16
6. “Qəbələ” – 14

7 – 12-ci yerlər

7. “Simurq” – 26
8. “Olimpik-Şüvəlan” – 25
9. “Turan” – 20
10. “Muğan” – 17
11. “Standard” – 15
12. “Karvan” – 9.
# 549

Oxşar yazılar