“Qalatasaray”ın 7 potensial rəqibi məlumdur
06 dekabr 2012 12:33 (UTC +04:00)

“Qalatasaray”ın 7 potensial rəqibi məlumdur

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü dekabrın 20-də, İsveçrənin Nyon şəhərində atılacaq. Lent.az-ın məlumatına görə, püşkatma mərasimi zamanı 8 qrupda ilk 2 yeri tutmuş komandalar 2 səbətə bölünəcəklər.

12 ildən sonra 1/8 finala vəsiqə qazanmış Türkiyənin “Qalatasaray” klubu səpələnməmişlər səbətinə salınacaq. Səbəb “sarı-qırmızılar”ın qrupu 2-ci pillədə başa vurmasıdır. “Cim-Bom”a qrupları birinci yerdə tamamlayaraq, “səpələnmişlər” səbətinə düşənlərdən biri rəqib olacaq. Amma qaydalara əsasən, həmin komanda “Qalatasaray”ı H qrupunda üstələməyi bacaran “Mançester Yunayted” ola bilməz. Rəqibin kimliyindən asılı olmayaraq, Türkiyə təmsilçisi ilk görüşünü evdə keçirəcək.
Səbətlərin tərkibi:

“Səpələnmişlər”: PSJ (Fransa), “Şalke” (Almaniya), “Malaqa” (İspaniya), “Borussiya” D (Almaniya), “Yuventus” (İtaliya), “Bavariya” (Almaniya), “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə)

“Səpələnməmişlər”: “Portu” (Portuqaliya), “Arsenal” (İngiltərə), “Milan” (İtaliya), “Real Madrid” (İspaniya), “Şaxtyor” (Ukrayna), “Valensiya” (İspaniya), “Seltik” (Şotlandiya), “Qalatasaray” (Türkiyə).

Qeyd edək ki, 1/8 finalda iki ölkənin komandaları üz-üzə gələ bilməz.
# 1818

Oxşar yazılar