Teymur Rəcəbov dünya çempionundan yenə öndə
Lent.az-ın məlumatına görə, siyahının ilk “10-luğ”una bu dəfə cəmi bir azərbaycanlı şahmatçı daxil edilib.
Bu, Teymur Rəcəbovdur. Yenə 2793 xala malik Rəcəbov 4-cü pillədəki mövqeyini qoruyub. 25 yaşlı qrossmeysterimiz yenə norveçli Maqnus Karlsen (2848), ermənistanlı Levon Aronyan (2815) və rusiyalı Vladimir Kramnikdən (2795) geri qalır.
Ötən siyahıda 10-cu pillədə yer almış Şəhriyar Məmmədyarov isə bu dəfə 1 pillə geriləyib. Məmmədyarov yenə 2764 xala malik olsa da, 11-ci pillədədir. Əvəzində 10-cu pilləni eyni miqdarda xala malik rusiyalı Aleksandr Qrişuk ələ keçirib. Rəcəbov italiyalı Fabiano Karuana (2782), hazırkı dünya çempionu, hindistanlı Vişvanatan Anand (2775), rusiyalı Sergey Karyakin (2775), bolqarıstanlı Veselin Topalov (2771) və ukraynalı Vasili İvançuku (2766) da qabaqlayır.
Hazırda müalicə olunan daha bir şahmatçımız Vüqar Həşimov isə 2 pillə irəliləyib. Hazırda 2737 xala malik Həşimov 18-ci pillədədir.
Qeyd edək ki, FİDE reytinqində ilk “100-lük”də Azərbaycanın başqa şahmatçısı yoxdur.

Oxşar yazılar

Çempionlar Liqası: “Qarabağ” səfərdən qalib dönür
24 iyul 2025 , 00:42
“Zirə” “Hayduk”la bacarmadı
23 iyul 2025 , 22:05
Vinisiusu “Real” ilə yeni müqavilə narahat etmir: üç modellə çimərlikdə dincəlir
23 iyul 2025 , 19:46
Anri Messi və Ronaldosuz tarixin ən yaxşı 5 futbolçusunu AÇIQLADI: Onlardan birini dahi hesab edir
23 iyul 2025 , 18:41
Məşhur futbolçuya 600 min dollarlıq oğurluq İTTİHAMI
23 iyul 2025 , 17:17
Futbol aləmində maraqlı HADİSƏ: Ata oğlunu transfer etdi
23 iyul 2025 , 13:53
Caka Premyer Liqaya qayıdır: Komanda da məlumdur
23 iyul 2025 , 11:49