Foqts: "Onun yoxluğu ciddi hiss olunmadı”
17 oktyabr 2012 00:02 (UTC +04:00)

Foqts: "Onun yoxluğu ciddi hiss olunmadı”

“Öncə Rusiya yığmasını təbrik etmək istərdim. Rəqib layiqli qələbə qazandı. Fiziki cəhətdən bizdən daha yaxşı idilər və hücumda bizdən yaxşı oynayırdılar”.

Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı çalışdırıcı 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiyaya 0:1 hesablı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Rusiya yığmasında xeyli inkişaf var: “Uzun müddət qol buraxmadıq. Necə düzgün futbol oynamalı olduğumuzu unutduq, səhvlər buraxdıq. Mübarizlik, köklənməndən razı qaldım. Ancaq təəssüf ki, qol vura bilmədik, əvəzində özümüz buraxdıq”.

Foqtsun fikrincə, komandamız ilk 15 dəqiqədə daha yaxşı oynayıb: “Ancaq sonradan nədənsə passiv oynadıq. Fasilədə futbolçulara bunu edim və 2-ci hissədə yaxşı oyun nümayiş etdirdik. Penaltini epizodunu görmədim. Səhvlərə yol verəndə onu qəbul etməliyik. Hakimin qərar qəbul edib və onun dəyişdirmək olmaz”.

Təcrübəli çalışdırıcı son 2 oyunda qol vura bilməməyimizi rəqiblərin Portuqaliya və Rusiya kimi yığmaların gücü ilə əlaqələndirib: “Deyərdim ki, Rusiya yığması komanda kimi formalaşmağı bitməyib, davam edir. Bizim komanda gəncdir. Rusiyada isə beynəlxalq səviyyədə təcrübəlilər çoxdur ki, bizim futbolçularda bunlar çatışmır. Belə təcrübə olan Rəşad Sadıqov kapitan, lider idi və onun oynamağı vacib idi. Onun yoxluğu ciddi hiss olunmadı. Çünki Vladimir Levinlə Ruslan Abışovla mərkəzdə yaxşı oynadılar”.
# 3136

Oxşar yazılar