“Ümidlərimiz artıqlaması ilə doğruldu” – AÇIQLAMA
10 oktyabr 2012 10:25 (UTC +04:00)

“Ümidlərimiz artıqlaması ilə doğruldu” – AÇIQLAMA

FIFA Qadın Turnirlərinin rəhbəri Tatyana Henni “affa.az” saytına müsahibə verib. Lent.az həmin müsahibəni təqdim edir:

- Azərbaycanda keçirilən çempionatı Yeni Zelandiya və Trinidad Tobaqodakı turnirlə necə müqayisə edərdiniz? Azərbaycandakı turniri fərqli edən cəhət varmı?

- Bir çox fərqli cəhətlər olduğundan müqayisə etmək heç də asan deyil. Buna baxmayaraq, çempionatın bir çox özəllikləri var: Bu çempionat müsəlman ölkəsində ilk qadınlararası dünya çempionatıdır. Sıfırdan başlayıb iki il ərzində böyük inkişaf yolu keçmək, çempionatı öz inkişaf planında istifadə etməyi öyrənmək böyük işdir. Qadın futbolu sonuncu iki U-17 qadınlararası dünya çempionatından sonra inkişaf etməyə başlayıb və bu çox yaxşı haldır ki, artıq Azərbaycan, Çin, Qambia və Uruqvay kimi yeni komandalar var.

- Ölkənin bu çempionatda təşkilatçılıq səylərini necə qiymətləndirirsiz?

- Yerli Təşkilat Komitəsi böyük iş görüb və bütün ölkəni bu prosesə qoşmağı bacarıb. Bakıda atdığınız ilk addımda U-17 qadınalararası dünya çempionatının ab-havasını duymamaq mümkünsüzdür. Bu, hər yanda hiss olunur. Məktəblər tədbirə cəlb olunublar. Ölkə başçısı turniri və ümumilikdə dünya futbolunu dəstəkləyir. Ölkədəki inkişafı və dinamikanı açıq-aşkar hiss etmək olur. Yeni infrastruktur işlərini, təzə və təmir olunmuş stadionları görmək çox valehedici bir haldır.

- İnfrastruktur işləri, əsasən də hotellər, stadionlar, nəqliyyatın təşkili sizin bu çempionatdakı ümidlərinizi doğrultdumu?

- Əlbəttə, hər şey ümidlərimizi artıqlaması ilə doğrultdu. Texniki təchizat və stadionlar bu böyük işdən qalan mirasın bir tərkib hissəsi olacaq. Ölkə sürətli inkişafdadır və infrastruktur standartları yüksək səviyyədədir. Stadionlarda və həmçinin, digər məkanlarda insanların qazandığı təcrübə və bilik də çempionatdan qalan bir təcrübə olacaq.
# 880

Oxşar yazılar

Futbolçu başına top dəydikdən sonra  huşunu itirdi

Futbolçu başına top dəydikdən sonra huşunu itirdi

6 may 2024 , 09:57
Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

Ronaldo son 8 ilin ən məhsuldar mövsümünü keçirir

6 may 2024 , 09:46
"Qalatasaray" 6 qolla qalib gəldi

"Qalatasaray" 6 qolla qalib gəldi

6 may 2024 , 01:50
Argentinanı dünya çempionu edən baş məşqçı öldü

Argentinanı dünya çempionu edən baş məşqçı öldü

5 may 2024 , 23:35
"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

"Mançester Yunayted" Qrinvudu heyətində istəmir

5 may 2024 , 19:05
“Bakı marafonu 2024”ün qalibləri  müəyyənləşdi

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi

5 may 2024 , 14:26
“Qarabağ”da yeni müqavilə

“Qarabağ”da yeni müqavilə

5 may 2024 , 14:12
Bukmeker kontoru mərc dünyasında  inqilaba   hazırlaşır

Bukmeker kontoru mərc dünyasında inqilaba hazırlaşır

5 may 2024 , 12:59