Azərbaycan prezidenti: “Bu, böyük qələbədir”
Sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançıları və onların məşqçilərini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, idmançıları təbrik edən ölkə başçısı bildirib ki, bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırıblar: “Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bizim komandamız 21 idmançı ilə təmsil olunub. İdmançılarımız medallar qazanıblar, toplam 12 medal. Elə idmançımız da var ki, bir neçə medal qazanıb. Bu da hesab edirəm ki, çox gözəl nəticədir, çox böyük qələbədir. Bizim komanda 27-ci yerdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medalımız vardır. Bu, doğrudan da böyük və tarixi qələbədir”.
Prezident İlham Əliyev qeyd edib ki, paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya Oyunlarında iştirak edirlər. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılıb.
“Azərbaycan idman dövlətidir. Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız şərəflə çıxış ediblər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur”-deyə, dövlət başçısı əlavə edib.
Prezident onu da bildirib ki, dörd qızıl, beş gümüş, üç bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir: “Uğurlarımızın təməlində məhz dövlət siyasəti dayanır. Bizdə çox gözəl gənc nəsil yetişir. Baxın, Olimpiya Oyunlarından sonra güləş üzrə dünya çempionatında gənclərimiz birinci yerə çıxdılar. Yeniyetmələr arasında birinci Olimpiya Oyunlarında cavanlarımız 11-ci yerə nail ola biliblər”.
Daha sonra prezident İlham Əliyev mükafatları təqdim edib.
İkiqat paralimpiya çempionu İlham Zəkiyev, London Paralimpiyasının qalibi Ramin İbrahimov, Məşqçi Ağanağı Cəfərov qayğı və diqqətə görə ölkə başçısını minnətdarlıqlarını bildiriblər. Prezident İlham Əliyev Ramin İbrahimovun əlini havaya qaldırıb.

Oxşar yazılar

“Kristal Pelas”ın azarkeşi UEFA-nın mənzil-qərargahına bir çamadan pul gətirdi - SƏBƏB
24 iyul 2025 , 19:07
Neymar oyun zamanı “Santos”un azarkeşi ilə mübahisə etdi: Komanda düşmə zonasındadır
24 iyul 2025 , 18:16
La Liqada icarə transfer dəyərinə görə ən yaxşı 10 oyunçu: Reşford beşincidir
24 iyul 2025 , 16:05
"Çelsi"nin futbolçusundan ETİRAF: Trampdan qorxub
24 iyul 2025 , 13:46
Ən böyük potensial olan gənc hücumçular. Siyahıda çoxlu tanış olmayan adlar var - SİYAHI
24 iyul 2025 , 12:33
Ona Sellares - Mark-Andre ter Ştegenin yeni sevgilisidir - FOTOLENT
24 iyul 2025 , 09:39
İdman zamanı kofein istilik şəraitində performansı artıra bilər
24 iyul 2025 , 05:15