ŞOK! Azərbaycanın 3 futbol klubu dağıldı
24 avqust 2012 12:39 (UTC +04:00)

ŞOK! Azərbaycanın 3 futbol klubu dağıldı

Əvvəllər Azərbaycan Premyer Liqasında çıxış etmiş 3 futbol klubu dağılıb. Lent.az-ın məlumatına görə, Yevlax “Karvan”ı, İmişli “MKT Araz”ı və Salyan “Muğan”ı indi hətta I divizionda da oynamaqdan imtina edib.





“Karvan” və “MKT Araz” vaxtilə milli çempionatda mükafatçılar sırasına düşərək, ölkəmizi hazırda mövcud olmayan UEFA Kubokunda təmsil edib. Yevlax təmsilçisi bu turnirdə ilk dəfə mərhələ adlayan komandamız kimi tarixə düşüb. “Muğan” isə 2 mövsüm öncə Premyer Liqada ilk “6-lıq” uğrunda mübarizə aparıb. Amma ötən mövsüm bu komanda I divizionda oynamağa başlayıb. Klubun sponsorları elitaya vəsiqə qazanmış Bakının “Rəvan” klubuna dəstək olmağı qərara alıb.





Ötən mövsüm I divizionda 14 klub çıxış etdiyi halda, bu mövsüm onların sayı 13-ə enib. Dağılan klubların əvəzinə 2 yenisi – “Ağsu” və “Qala” çempionatda iştirak edəcək. Beləliklə, avqustun 24-də keçiriləcək I divizionda yeni mövsümün püşkatma mərasiminə bu komandalar qatılacaq: “Qaradağ Lökbatan” (Bakı), “Neftçala”, “Şahdağ” (Qusar), “Bakılı”, “Lokomotiv” (Bakı), “Şəmkir”, “Tərəqqi” (Gəncə), “Şuşa”, “Energetik” (Mingəçevir), MOİK (Bakı), “Göyəzən” (Qazax), “Ağsu”, “Qala” (Bakı).



Elşən MƏMMƏDOV
# 6384

Oxşar yazılar

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

PSJ "Borussiya" stadionunu Mbappesiz tərk edib

2 may 2024 , 14:54
Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49