İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS
07 aprel 2025 14:26 (UTC +04:00)

İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS

Siz tozsoranı işə salırsınız, itiniz isə yatağın altına qaçır? Bu, naz etməsi deyil. Onun eşitmə qabiliyyəti sizinkindən 4 dəfə güclüdür, və sizin üçün adi olan bəzi səslər onun qulaqlarını dözülməz ağrılarla yora bilər. Əgər bu vəziyyəti görməzdən gəlirsinizsə, ev heyvanınızın kar qalması riski ilə üz-üzə qala bilərsiniz.

Lent.az bu barədə sizə məlumat verir:

1-ci təhlükə: Məişət texnikası

Fen, blender, mikrodalğalı soba kimi cihazlar insanlar üçün az eşidilən yüksək tezlikli uğultular çıxarır. İtlər üçün bu səslər daşqıran (perforator) səsi kimidir. Daimi təsir – xüsusilə balalar və yaşlı itlərdə – daxili qulağa zərər verə bilər. Əgər itiniz cihaz işə düşəndə titrəyir, inildəyir və ya gizlənməyə çalışırsa – onu məcbur etməyin. Başqa otağa aparın və ya cihazdan istifadə müddətini minimuma endirin.

2-ci təhlükə: Uca səslə musiqi
Dinamiklərdən gələn bas səslər, televizorda futbol matçlarında qışqırıqlar, uşaq oyuncaqlarının kəskin melodiyaları – bunların hamısı it üçün səs xaosudur. Onun beynini qorumaq üçün orqanizm eşitmə qabiliyyətini tədricən zəiflədir. Siz bu problemin fərqinə yalnız o, əmrlərə və ya adınıza reaksiya verməyəndə vara bilərsiniz.

3-cü və ən təhlükəli səs: Fişəng və petardalar

Partlayışlar sadəcə müvəqqəti qorxu yaratmır. Onlar zərbə dalğaları yaradır və bu dalğalar qulaq pərdəsini zədələyə bilər. Çox itlər yeni il bayramlarından sonra qismən eşitmə qabiliyyətini itirir, sahiblər isə bunu sadəcə stresslə əlaqələndirir. Əgər bu səslərdən qaçmaq mümkün deyilsə, Heyvanlar üçün nəzərdə tutulmuş xüsusi qulaqcıqlar taxın. Pəncərələri qalın pərdələrlə örtün.

İtin eşitmə qabiliyyətinin zəiflədiyini necə anlamaq olar?

Tanış səslərə başını çevirmir.

Adətindən daha dərin yatır

Qapı arxasındakı səs-küyə reaksiya vermir

Bəzən qeyri-adi davranışlar da müşahidə olunur:

Daha uca hürür

Qulaqlarını başına sıxır

Pəncəsi ilə üzünü ovuşdurur

Nə etməli?

Gecikməyin! Problem geri dönməz hala gəlmədən: Yüksək səslərin mənbəyini aradan qaldırın. Və ya onların təsirini minimuma endirin İtin sağlamlığı bizim məsuliyyətimizdir. Onun qulaqlarını öz gündəlik səslərimizdən qorumaq isə düşündüyümüzdən daha vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 384

Oxşar yazılar